ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, zərbə hökümətyönümlü silahlı dəstələrin ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrinə hücumunun qarşısını almaq məqsədilə endirilib.
İlkin məlumata görə, koalisiyanın zərbəsi xəbərdaredici xarakter daşıyır.
İnsident Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.
“Yol ilə hərəkət edən konvoy xəbərdarlıq cəhdlərinə məhəl qoymayaraq, koalisiya qüvvələrinin At Tanfadakı mövqelərinə doğru irəliləyib”, - deyə amerikalı hərbi mənbə bildirib.
Pentaqon nümayəndəsi zərbənin endirildiyini təsdiqləyib: “Müəyyən edilmiş deeskalasiya zonasında hərəkət həmin dəstələr koalisiya qüvvələrinə təhlükə yaradıb”.