Şəmkir sakini xəsarətlə xəstəxanaya yerləşdirilib

Şəmkir sakini xəsarətlə xəstəxanaya yerləşdirilib
# 19 may 2017 00:55 (UTC +04:00)

Şəmkir sakini ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sərxan kənd sakini 1965-ci il təvəllüdlü Məclimov İsrail Qurban oğlu başın təpə nahiyəsinin kəsilmiş və sol said nahiyəsinin didilmiş yarası xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ağır sərxoş olan İ. Məclimovun hansı şəraitdə xəsarət aldığı hələ ki məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR