Bakıda “Tofaş” “Mercedes"lə toqquşub, xəsarət alan var

Bakıda “Tofaş” “Mercedes"lə toqquşub, xəsarət alan var
# 19 may 2017 01:01 (UTC +04:00)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Nərimanov rayonu Heydər Əliyev prospektində “Tofaş” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Birinci dərəcəli yolda yüksək sürətlə hərəkət edən “Tofaş” idarəetməni itirib və yolayırıcı bordürü aşaraq ikinci dərəcəli yolun kənarında dayanmış “Mercedes”ə çırpılıb. “Tofaş”ın sürücüsü Valeh adlı şəxs xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR