Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

 Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq
# 19 may 2017 08:45 (UTC +04:00)

Bu tədris ilində Azərbaycanda 740-dan artıq SABAH qrupları tələbəsi məzun olacaq.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı bildirib ki, hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə, 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. O deyib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yaradılan SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir: "Son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris il üçün bu rəqəm 1790 olub. Bu layihədə ən böyük rol müəllimlərin üzərinə düşür. SABAH qruplarına müəllimlər seçim əsasında həyata keçirilir. Bu qruplarda təhsil alan gənclərin də sonradan işlə təmin olunması vacib amil hesab edilir. Ötən il 38 xarici və dövlət şirkəti SABAH qruplarında təhsil alan 600 tələbəyə iş təklif edib".

Nazir müavini qeyd edib ki, növbəti tədris ilindən bu qruplarda oxuyan tələbələr ikinci xarici dil olaraq alman dili tədris olunacaq. Onu sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR