Neftin qiyməti aylıq maksimumu yeniləyib

Neftin qiyməti aylıq maksimumu yeniləyib
# 19 may 2017 12:16 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşmaqdadır.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57 dollar və ya 1,16% artaraq 49,92 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,59 dollar və ya 1,12% artaraq 53,10 dollar olub.


Qeyd edək ki, Brent markalı neftin qiyməti aprelin 21-dən etibarən ilk dəfə 53 dollar həddini aşıb.

Ekspertlər hesab edir ki, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr Avstriyanın paytaxtı Vyanada baş tutacaq növbəti sammitdə hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın müddətini uzadacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR