Hicran Hüseynova: “Qızların idmanla məşğul olmasına əsas əngəllərdən biri cəmiyyətin stereotipləridir”

Hicran Hüseynova: “Qızların idmanla məşğul olmasına əsas əngəllərdən biri cəmiyyətin stereotipləridir”
# 19 may 2017 13:32 (UTC +04:00)

“Qızlarımızın idmanla məşğul olmasına əsas əngəllərdən biri cəmiyyətdə olan stereotiplərdir. Bədən tərbiyəsi və idmanla məşğul olmaq cinsindən olmayaraq hər bir fərdin hüququdur”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda hər iki cinsin nümayəndələri arasında idmana maraq böyükdür: “Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə baxanda görürük ki, qədim dövrlərdə qadınlarımız kişilərlə birgə at çapıblar. Qadınlarımız kişilərin ardınca boks, futbol, ağır atletikada iştirak etməyə başladılar. Sağlam qadın sağlam nəsil deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR