“Azərbaycan idmançıları-istər kişi, istərsə də qadın idmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında möhtəşəm çıxış edirlər”.
APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu günə kimi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 116 medal qazanıb: “66 medal kişilərin, 50 medal isə qadınların payına düşür”.