"Azərsu" bu il "ASAN xidmət" üzərindən 15 min abonentə xidmət edib

"Azərsu" bu il "ASAN xidmət" üzərindən 15 min abonentə xidmət edib
# 19 may 2017 13:59 (UTC +04:00)

“Azərsu” ASC-nin Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadə geniş vüsət alıb. İlin 4 ayında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 14722 müraciət edilib. Müraciətlərin 11118-i “ASAN xidmət”, 3604-ü “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Sabunçu, Yasamal rayonlarındakı və Sumqayıt şəhərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 1 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 68404 müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR