Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 19 may 2017 14:52 (UTC +04:00)

Gəncə şəhər sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Məmmədov bıçaq xəsarətləri ilə polislər tərəfindən xəstəxanaya gətirilib. Əməliyyat olunan Z. Məmmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR