Astara sakininin evindən 1 kq narkotik götürülüb

Astara sakininin evindən 1 kq narkotik götürülüb
# 19 may 2017 14:54 (UTC +04:00)

Astara sakininin evindən 1 kq-dan çox narkotik vasitə götürülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini, 1964-cü il təvəllüdlü İqrar Nəriman oğlu Mirzəyev saxlanılıb.

İ. Mirzəyevin evinə baxış zamanı 1 kq 25 qram həşiş qətranı, 11 qram heroin, 5,1 qram psixotrop maddə olan metan hetamin, 12 qram tiryək, 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR