İran prezidentliyinə namizəd: “Seçki prosesində bir sıra problemlər yaşanıb”

İran prezidentliyinə namizəd: “Seçki prosesində bir sıra problemlər yaşanıb”
# 19 may 2017 22:08 (UTC +04:00)

Seçkilərin keçirilmə prosesində bir sıra problemlər yaşanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu prezidentliyə namizəd İbrahim Rəisi mərkəzi seçki məntəqəsinə gələrək jurnalistlərə deyib.

Rəisi qeyd edib ki, bəzi seçki məntəqələrində onun nümayəndələrim qəbul olunmayıb: “Biz bu məsələ ilə bağlı şikayət etmişik. Biz xalqın səsinə və qanuna hörmətlə yanaşmalıyıq. Düşünürəm ki, xalqın fəallığı yaxşı səviyyədə idi. Lakin seçkinin təşkilində nöqsanlar var idi. Misal üçün, mənim soyadım bülletenlərdə pasportda olduğu kimi qeyd olunub. Ola bilsin ki, insanlar mənim pasport soyadımı bilmir”. Prezidentliyə namizəd həmçinin bəzi saytların qanun pozuntusuna yol verdiyini vurğulayıb.

Qeyd edək ki, səsvermə artıq başa çatıb, hazırda səslərin hesablanması aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR