Bakıda gözətçi otağı əşyaları ilə birgə yanıb, bir nəfər xəsarət alıb

Bakıda gözətçi otağı əşyaları ilə birgə yanıb, bir nəfər xəsarət alıb
# 19 may 2017 22:52 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 20 m2 olan gözətçi otağının dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və içərisindəki əşyalar yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR