UNİSEF: Mosulu məcburi tərk edənlərin sayı 700 min nəfərə çatır

UNİSEF: Mosulu məcburi tərk edənlərin sayı 700 min nəfərə çatır
# 20 may 2017 03:29 (UTC +04:00)

Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 700 min nəfərə çatır.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə UNİSEF-in (BMT-nin Beynəlxalq Uşaq Fondu) İraq nümayəndəliyinin rəhbəri Piter Houkins bildirib.

“Qərbi Mosuldan insan axını davam edir. Yaşanan xaosdan ən çox qadın və uşaqlar əziyyət çəkir. Uşaqlar kifayət qədər qida və içməli su ilə təmin edilmir. Sığınacaqlarda gizlənən uşaqların yaşamaq uğrunda mübarizəsi davam edir. Onlar sağ qalsalar belə, uzun müddət psixoloji zədədən yaxa qurtara bilməyəcəklər”, deyə UNİSEF rəsmisi qeyd edib.

Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR