U-17 Avropa çempionatının qalibi müəyyənləşib

U-17 Avropa çempionatının qalibi müəyyənləşib
# 20 may 2017 03:52 (UTC +04:00)

Xorvatiyada 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.

APA-nın UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, finalda İngiltərə və İspaniya milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İspaniya 4:1 hesabı ilə qalib gələrək tarixində 3-cü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, ötən il U-17 Avropa çempionatı Azərbaycanda keçirilib. Turnirin qalibi Portuqaliya olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR