FHN matros-xilasedici vəzifələrinə müsabiqə elan edib

FHN matros-xilasedici vəzifələrinə müsabiqə elan edib
# 07 iyun 2017 10:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifələrinə müsabiqə elan edib.

FHN-dən APA-ya verilən məlumata görə, 2017-ci ilin çimərlik mövsümü ərzində (15 iyun - 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 20-40 yaşlarında, fiziki cəhətdən sağlam, idman bədən quruluşlu, üzgüçülük bacarıqları olan tam orta təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;

- Əmək kitabçası (olanlar üçün);

- Tam orta təhsil haqqında sənəd;

- Sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);

- 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Müsabiqədə Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edə bilər.Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.

Sənədlər 2017-ci il iyun ayının 7-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.

Əlaqə telefonları: (012) 512-43-14, (012) 512-43-15, (012) 512-43-61.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR