Azərbaycan Ukraynaya 161 mln. dollarlıq xam neft ixrac edib

Azərbaycan Ukraynaya 161 mln. dollarlıq xam neft ixrac edib
# 07 iyul 2017 14:54 (UTC +04:00)

Ukraynanın neft treyderləri 2017-ci ilin I yarısında 1,746 mlrd. dollarlıq neft məhsulları, o cümlədən benzin, dizel yanacağı və mazut idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çoxdur.


"APA-Economics" Ukraynanın Dövlət Fiskal Xidmətinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu rəqəmin 51,75%-i və ya 903,57 mln. dolları Belarusun payına düşür. İkinci yerdə qərarlaşan Rusiyadan Ukraynaya 416,53 mln. dollarlıq neft məhsulları ixrac edilib.

Hesabat dövründə Ukrayna dəyəri 182,78 mln. dollar olan 430,59 min ton xam neft idxal edib ki, bunun da 161,39 mln. dolları Azərbaycanın, 15,53 mln. dolları Qazaxıstanın, 3,7 mln. dolları Rusiyanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR