Fatih Birol: "Neftin qiyməti 50 dolları ötsə, ABŞ boş durmayacaq" - MÜSAHİBƏ

Fatih Birol: "Neftin qiyməti 50 dolları ötsə, ABŞ boş durmayacaq" - <span style="color: red;">MÜSAHİBƏ
# 11 iyul 2017 08:57 (UTC +04:00)

Mənzil-qərargahı Fransanın paytaxtı Parisdə yerləşən və 26 ölkənin üzv olduğu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun APA-ya müsahibəsi:

- OPEC yanvardan etibarən neft hasilatının azaldılmasına nail oldu. Təşəbbüsə kartelə daxil olmayan ölkələr də qoşuldu. Gözləntilər özünü doğrultdumu?


- Neftin qiymətlərinə nəzər saldıqda görürük ki, rəqəmlər təxminən hasilatın azaldılmasından əvvəlki dövrdə müşahidə etdiklərimizlə eynidir. Başqa sözlə, neft hasilatçılarının bütün cəhdlərinə baxmayaraq, indiyədək neftin qiymətlərində ciddi artım yoxdur.

- Ötən ilin oktyabr ayında keçirilən Dünya Enerji Konqresində bizə verdiyiniz müsahibədə bildirmişdiniz ki, neft bahalaşacağı halda ABŞ "stock"larındakı ehtiyatları bazara çıxaracaq və bunun nəticəsində OPEC üzvləri ciddi problemlə üzləşəcək...

- Dediklərim baş verdi. Neftin qiymətində azacıq artım müşahidə olunan kimi, ABŞ bazara ciddi miqdarda neft çıxardı. Bu səbəbdən neft kəskin ucuzlaşdı. Başqa sözlə, proqnozum özünü doğrultdu.

- OPEC nefti bahalaşdırmaq üçün əlavə cəhd göstərəcəkmi? Olarsa, hansı formada?

- Hazırda görürük ki, OPEC bu cür cəhdlər edir. Lakin əsas sual bundan ibarətdir ki, bu cəhdlər nəticəsində nə qədər irəliləmək olar? Bu barədə ətraflı və dərindən düşünmək lazımdır. Çünki neftin qiyməti 50 dolları ötsə, ABŞ boş durmayacaq və bu ölkə tərəfindən bazara əlavə həcmdə neftin çıxarılması ehtimalı yüksəkdir. Bir şeyi dəqiq bilmək lazımdır ki, bu ikinci dalğa neft hasilatçılarına ciddi mənfi təsir edə bilər. Buna görə, OPEC ölkələri bu dəfə hər şeyi daha ciddi şəkildə düşünməli və başqa alternativləri də dərindən təhlil etməlidirlər.

- Dediklərinizdən belə anlamaq olar ki, OPEC-in neftin bahalaşmasına ümidləri azalır...

- Bunu zaman göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR