Ölkənin 34 regionunda internetin keyfiyyəti yaxşılaşdırılır

Ölkənin 34 regionunda internetin keyfiyyəti yaxşılaşdırılır
# 11 iyul 2017 14:13 (UTC +04:00)

"Aztelekom" MMC "aztelekom.net" internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır.

Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır.

Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər.

Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR