Sulutəpədə yerüstü piyada keçidinin inşası yekunlaşıb

Sulutəpədə yerüstü piyada keçidinin inşası yekunlaşıb
# 11 iyul 2017 15:21 (UTC +04:00)

Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkən hissələri də daxil qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5,5 metrdir.

Keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılıb, lazımi yol nişanları quraşdırılıb.

Metal konstruksiyalı piyada keçidi nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR