Çili senatoru Ermənistanın Alıxanlı kəndində törətdiyi təxribatı pisləyib

Çili senatoru Ermənistanın Alıxanlı kəndində törətdiyi təxribatı pisləyib
# 11 iyul 2017 16:41 (UTC +04:00)

Çili senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Çilidəki səfirliyinə göndərilib.

Çili Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri senator İvan Moreyranın ünvanladığı məktubda mülki şəxslərin ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə edilib. Senator Alıxanlı kəndində baş verən hadisəni amansız terror hücumu adlandırıb və qəti şəkildə rədd edib.

“Çili-Azərbaycan Dostluq Qrupunun Prezidenti olaraq, sülhün qorunmasına olan dərin etiqadımı və hər şeydən öncə, mülki əhalinin zərər çəkməsinə, xalqları bir-birindən ayrı salan siyasi və ideoloji müxtəlifliyin cəzasını çəkməli olmayan günahsız uşaqların ölümünə səbəb olan şiddətə öz istəklərini həyata keçirmək üçün bir vasitə kimi əl atılmasını birmənalı olaraq rədd etdiyimi təkrar etməliyəm. Şiddətə qarşı səsini çıxarmaq və terrorizmə qarşı mübarizəyə hədsiz bağlılığını bəyan etmək bütün beynəlxalq ictimaiyyətin mənəvi borcudur”, - deyə İ. Moreyra məktubda bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR