Azərbaycan müdafiə naziri amerikalı həmkarına başsağlığı verib

Azərbaycan müdafiə naziri amerikalı həmkarına başsağlığı verib
# 11 iyul 2017 18:20 (UTC +04:00)

Müdafiə naziri Zakir Həsənov ABŞ-da hərbi təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı ABŞ müdafiə katibi Ceyms Mattisə başsağlığı verib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirin məktubunda deyilir:

"Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı. Biz bu faciəli hadisədən çox kədərlənirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR