Mayda 180 nəfər bank sektoru ilə vidalaşıb

Mayda 180 nəfər bank sektoru ilə vidalaşıb
# 12 iyul 2017 14:54 (UTC +04:00)

2017-ci ilin may ayının 31-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16034 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, mayda 180 nəfər bank sektoru ilə vidalaşıb. Belə ki, mayın 1-ə olan statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16214 nəfər olub.

Ümumiyyətlə, bu ilin 5 ayında bank sektorunu 913 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, mayın 31-ə olan göstəriciyə əsasən, ölkədə 31 bank fəaliyyət göstərir ki, bunu da 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 16 olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR