"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 12 iyul 2017 15:10 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 46024 yeni abonent qeydiyyata alınıb ki, bunun da 21705-i Bakı, Abşeron və Sumqayıt, 24319-u isə regionlar üzrədir.

“Azəriqaz” İB-dan “APA-Economics”ə verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2050664-ə çatıb.

Qeyd edək ki, bu ilin 1 iyul tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR