Bu il bankların əmanətləri 612 mln. manat azalıb

Bu il bankların əmanətləri 612 mln. manat azalıb
# 12 iyul 2017 15:18 (UTC +04:00)

Bu ilin may ayının 31-ə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 651,3 mln. manat təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.


Hesabatdan məlum olur ki, mayda ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği azalıb. Belə ki, mart ayı ilə müqayisədə mayda banklardakı depozitlərin məbləği 132,5 mln. manat və ya 0,79% azalıb.


Aprel ayı ilə müqayisədə mayda əhalinin banklardakı əmanətlərinin həcmi 27,4 mln. manat və ya 0,4% azalıb. May ayının 31-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 820,1 mln. manat təşkil edir.


Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 612 mln. manat azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR