"Aztelekom" iki şirkətlə müqavilə imzalayıb

"Aztelekom" iki şirkətlə müqavilə imzalayıb
# 13 iyul 2017 07:03 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC tərəfindən 16 mart 2017-ci il tarixində elan edilmiş "xətt şəbəkəsinin genişləndirilməsinə və istismarına tələb olunan P-274 abunəçi naqilinin satın alınması" açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, tenderin qalibi "Bakinity Distribution" MMC müəyyən edilib.

"Aztelekom" MMC ilə "Bakinity Distribution" MMC arasında "xətt şəbəkəsinin genişləndirilməsinə və istismarına tələb olunan P-274 abunəçi naqilinin satın alınması" üzrə iyulun 11-də satınalma müqaviləsi imzalanıb.

Bununla yanaşı, "Aztelekom" MMC tərəfindən aprelin 4-də elan edilmiş "6800 ədəd 6,5 metrlik və 100 ədəd 8,5 metrlik dəmir dirəklərin satın alınması" üzrə açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib və tenderin qalibi "Texinvest" MMC müəyyən edilib. "Aztelekom" MMC ilə "Texinvest" MMC arasında "6800 ədəd 6,5 metrlik və 100 ədəd 8,5 metrlik dəmir dirəklərin satın alınması" üzrə iyulun 11-də satınalma müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR