Azərbaycan Gürcüstandan 250 min dollarlıq içməli və mineral su idxal edib

Azərbaycan Gürcüstandan 250 min dollarlıq içməli və mineral su idxal edib
# 13 iyul 2017 11:56 (UTC +04:00)

Gürcüstandan içməli və mineral su idxal edən ölkələrin siyahısında Azərbaycan ilk onluqdadır.

Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, cari ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana təxminən 250 min dollar məbləğində 417 511 litr mineral və içməli su ixrac olunub.

Qeyd olunan dövr ərzində Gürcüstan ümumilikdə 38, 681 mln. dollar məbləğində 59 mln. litrə yaxın mineral və içməli su ixrac edib.

İdxalçı ölkələrin ilk onluğuna Rusiya başçılıq edir. Qeyd olunan dövr ərzində Rusiya Gürcüstandan 18,7 mln. dollar məbləğində 28 mln. litrə yaxın mineral və içməli su idxal edib.

Ukrayna, Litva, Belarus, Qazaxıstan, ABŞ, Özbəkistan, İsrail və Tacikistan da Gürcüstandan ən çox mineral və içməli su idxal etmiş ölkələr sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR