Azərbaycan səfiri Afrika ölkələrini ermənilərin Alxanlıdakı vəhşiliyinə biganə qalmamağa çağırıb

Azərbaycan səfiri Afrika ölkələrini ermənilərin Alxanlıdakı vəhşiliyinə biganə qalmamağa çağırıb
# 13 iyul 2017 14:58 (UTC +04:00)

Efiopiyanın aparıcı yayım korporasiyası olan EBC-nin 104.7 FM radio dalğasında 4 iyul 2017-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsinə dair məlumat verilib.

APA-nın məlumatına görə, radionun xəbərlər proqramına müsahibə verən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və mülki obyektlərin atəşə tutulduğunu, nəticədə 2 mülki şəxsin qətlə yetirildiyi və daha bir mülki şəxsin ağır yaralandığını bildirib.

Beynəlxalq ictimaiyyəti, o cümlədən Afrika ölkələrini bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamağa çağıran səfir E. Abdullayev artıq bir neçə beynəlxalq təşkilatın və ölkənin Ermənistanı bu qeyri-insani addımına görə qınadığını bildirib.

E. Abdullayev xüsusi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini rəhbər tutaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri səylərini əsirgəməməlidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR