Biləsuvarda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Biləsuvarda qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 16 iyul 2017 18:56 (UTC +04:00)

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

***

19:38

Biləsuvarda zəncirvari yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon ərazisində avtobus, QAZ – 53 markalı yük maşını və minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR