Bu il Azərbaycanda mənzil tikintisinə 382,2 mln. manat xərclənib

Bu il Azərbaycanda mənzil tikintisinə 382,2 mln. manat xərclənib
# 17 iyul 2017 08:18 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilib.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 mln. manat olub, onun 60,6 mln. manatı dövlət, 321,6 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR