Bakıda maşın yoldan keçən şəxsi vurub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 15-də saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Abşeron rayon sakini Elvin Ağayev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən paytaxt sakini Tamara Selinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.