Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb - YENİLƏNİB

Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb - <span style="color: red;">YENİLƏNİB
# 17 iyul 2017 12:19 (UTC +04:00)

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyev və prezident Raymonds Veyonis “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis imzalayıblar.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.

*** 13.04

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə Azərbaycan-Latviya sənədləri imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR