® “Möcüzə” yağlarının dəstəyi ilə II Beynəlxalq Dolma Festivalı keçirilib

<font color=red>® </font> “Möcüzə” yağlarının dəstəyi ilə II Beynəlxalq Dolma Festivalı keçirilib
# 17 iyul 2017 11:16 (UTC +04:00)

Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə II Beynəlxalq Dolma Festivalı keçirilib.

12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan 500-dən çox iştirak etdiyi tədbirdə müxtəlif çeşiddə bişirilən 350-yə yaxın növdə dolma sərgilənib. Ölkəmizin tarixinin, mədəniyyətinin və kulinariyasının təbliği məqsədi ilə mütəmadi olaraq təşkil edilən tədbirlərdə və reallaşdırılan layihələrdə yaxından iştirak edən “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalıb.

Hər zaman kulinarlarımızın yanında olan və keyfiyyətli məhsulları ilə onların uğurlu nəticə əldə etməsinə öz töhfəsini verən və istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Möcüzə” yağları bu dəfə də milli kulinariyamızın təbliğinə öz töhfəsini verib. Yüksək keyfiyyətli və təbii tərkibli kərə yağının ətrinin əlavə edilməsi ilə istehsal edilən “Möcüzə” yağları ilə hazırlanan yeməklər daha dadlı və nəfis ətirli alınır.

Dövlət rəsmilərinin, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin və ictimai xadimlərin qatıldığı festivalda “Azərsun Holdinq”ə məxsus Qafqaz Konserv Zavodu da iştirak edərək istehsal olunan məhsulları nümayiş etdirib. Tədbirin sonunda münsiflər bişirilən dolmaların dadına baxaraq qalibləri müəyyən ediblər, tədbir konsert proqramı ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR