Mövsüm Səmədovun apellyasiya şikayəti şikayəti təmin edilməyib

Mövsüm Səmədovun apellyasiya şikayəti şikayəti təmin edilməyib
# 17 iyul 2017 12:13 (UTC +04:00)

Qeydiyyatsız fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində M. Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib və M. Səmədovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, İslam Partiyasının sədri Mövsüm Səmədov həbsxanada islah olunmaz məhkumdur, məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır.

Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

M. Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhddə və qanunsuz silah saxlamaqda təqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR