Qadına qarşı quldurluq edən şəxslərə hökm oxunub

Qadına qarşı quldurluq edən şəxslərə hökm oxunub
# 17 iyul 2017 12:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Cavid Aslanov və Nəriman Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C. Aslanov 10 il, N. Heydərov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Naxçıvan sakini Zemfira Baxşəliyeva Binəqədi RPİ 4-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, 2 nəfər maskalı şəxs evinə basqın edərək 20 min manat pulunu və 10 manatlıq qızılını aparıblar. Hadisəni törətməkdə şübhəli bilinən Cavid Aslanov və Nəriman Heydərov həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR