Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 17 iyul 2017 12:16 (UTC +04:00)

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90-TT-380 nömrə nişanlı, "Niva" markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı, yuk yerində üzərində Azərbaycanın aksiz markası olmayan 15 000 ədəd "De Santıs White" və 17 000 ədəd "Cavallo Play" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR