Gürcüstanda qazın nəqletmə tarifi artırılıb

Gürcüstanda qazın nəqletmə tarifi artırılıb
# 17 iyul 2017 13:14 (UTC +04:00)

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası "Qaz nəqli şirkəti" üçün təbii qazın nəqletmə tarifinin artırılması barədə qərar qəbul edib.


APA-nın Gürcüstan bürosunun xəbərin görə, qərara əsasən, qazın 1 kub metrinin nəqli üçün tarif 0,5 tetri artırılaraq 1,884 tetri məbləğində yeni vahid tarif müəyyən olunub.

Yeni tarif iyulun 20-də qüvvəyə minəcək və 2018-ci ilin dekabrın 31-nə qədər qüvvədə olacaq.

Gürcüstanın “Qaz nəqli şirkəti” ölkədə magistral qaz kəmərlərinin lisenziyalaşdırılmış operatorudur. Şirkət infrastrukturu vasitəsilə Azərbaycanın "Şahdəniz" yatağından və Rusiyadan, həmçinin Rusiyadan Ermənistana qaz nəqlini həyata keçirir.

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası sabah "Kaztransqaz" ASC, "SOCAR Georgia Gas" ASC, "Sakorqaz" SC-nin təbii qazın tədarükü, paylanması, buraxılması və istehlakı üzrə tariflə bağlı təkliflərini nəzərdən keçirəcək.

Qeyd edək ki, bu şirkətlər cari ilin iyun ayında qaz tarifinin artımı ilə bağlı hökumətə müraciət etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR