Ağdaş rayonunda 4 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə Ağdaş-Qəbələ avtomobil yolunun 8-ci kilometrliyində qeydə alınıb.
“QAZel” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Yevlax sakini, 1994-cü il təvəllüdlü Bəhruz Bəşirli, Qəbələ sakinləri, 1993-cü il təvəllüdlü Tural Şükürov, 2013-cü il təvəllüdlü Yusif Məhərrəmov, 1991-ci il təvəllüdlü Güldanə Məhərrəmova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.