Mobil operatorlar ilin ilk yarısında 400 mln. manat gəlir əldə edib

Mobil operatorlar ilin ilk yarısında 400 mln. manat gəlir əldə edib
# 17 iyul 2017 14:35 (UTC +04:00)

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 828,4 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,7% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,1%-i və ya 398,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR