Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılıb
# 17 iyul 2017 18:25 (UTC +04:00)

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti iyulun 19-da başa çatır.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR