Şabranda sexdə yanğın olub

Şabranda sexdə yanğın olub
# 17 iyul 2017 18:44 (UTC +04:00)

Şabranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonu, Taxtalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, ümumi sahəsi 3 m2 olan köməkçi tikili, yaxınlıqda yığılmış 8 ton bağlaması, 485 ha biçilmiş əkin sahəsi və meşə zolağında 15 ha ərazidə ağaclar yanıb.

Meşə zolağının qalan hissəsi və əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR