Ağ Ev: “ABŞ və İsrail İranın Suriyanın cənubunda möhkəmlənməsinin əleyhinədir”

Ağ Ev: “ABŞ və İsrail İranın Suriyanın cənubunda möhkəmlənməsinin əleyhinədir”
# 17 iyul 2017 23:44 (UTC +04:00)

Rəsmi Vaşinqton və Tel-Əviv İranın Suriyanın cənubunda möhkəmlənməsinin əleyhinədir.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“ABŞ və İsrail İranın hərbi baxımdan Suriyanın cənubunda möhkəmlənməsində maraqlı deyillər”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

Qeyd edək ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu Rusiya ilə ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əleyhinə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR