“Suriya Demokratik Qüvvələri” Rakkanın bir hissəsini İŞİD silahlılarından azad edib

“Suriya Demokratik Qüvvələri” Rakkanın bir hissəsini İŞİD silahlılarından azad edib
# 18 iyul 2017 01:23 (UTC +04:00)

Suriyada kürd və ərəb döyüşçülərdən ibarət "Suriya Demokratik Qüvvələri" Rakka şəhərinin səkkiz rayonunu İŞİD silahlılarından azad edib.

APA-nın məlumatına görə, bu barədə “Firat” agentliyi xəbər verib.

Son olaraq şəhərin Yarmuk məhəlləsi terrorçulardan təmizlənib. 500 nəfər, o cümlədən qadın və uşaqlar təhlükəsiz zonalara köçürülüb. Bundan əvvəl İŞİD-in nəzarəti altında olan ərazilərdən mindən çox dinc sakin çıxarılıb.

İŞİD-in qeyri-rəsmi paytaxtı olan Rakkanın azad edilməsi uğurunda döyüşlər 41 gündür ki, davam edir. ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya əməliyyata hava hücumları ilə dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR