Bakıda çimərlikdə 31 yaşlı kişi döyülüb

Bakıda çimərlikdə 31 yaşlı kişi döyülüb
# 18 iyul 2017 02:16 (UTC +04:00)

Bakıda çimərlikdə döyülmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mərdəkan çimərliyində qeydə alınıb.

1986-cı il təvəllüdlü Xankişiyev Elşən Şirinbala oğlu ilə tanımadığı şəxslər arasında hələlik müəyyən edilməmiş səbəbdən mübahisə yaranıb. Mübahisə böyüyüb və həmin şəxslər Elşən Xanbabayevi döyüblər. 31 yaşlı kişi aldığı xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Elşən Xankişiyevi döyən şəxslər axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR