"Linkin Park" qrupunun solisti intihar edib

"Linkin Park" qrupunun solisti intihar edib
# 21 iyul 2017 04:24 (UTC +04:00)

"Linkin Park" qrupunun solisti, “ən yaxşı rok ifaçısı” adına layiq görülmüş Çester Beninqton intihar edib.

APA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Ç.Beninqtonun asılmış meyiti Kaliforniyadakı evindən aşkarlanıb. Müğənninin uzun illər alkoqol və narkotik asılılığından müalicə aldığı bildirilir.

“Linkin Park” dörd dəfə “American Music Awards” mükafatına layiq görülüb, qrup həmçinin “Grammy” laureatıdır. Qrup “Faint”, “In the end”, “Crawling”, “Numb”, “Braking the habit” hitləri ilə məşhurdur.

41 yaşlı sənətçinin 6 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR