“Jara” Beynəlxalq Musiqi Festivalının ilk günündə qala-konsert təqdim edilib

“Jara” Beynəlxalq Musiqi Festivalının ilk günündə qala-konsert təqdim edilib
# 27 iyul 2017 22:47 (UTC +04:00)

Bakının “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidindən sonra qala-konsert təqdim edilib. APA-nın xəbərinə görə, ilk olaraq festivalın təşkilatçısı Emin “Bakıya qaçaq” mahnısını ifa edib. Daha sonra Emin və Qriqori Leps duet oxuyub.

Sonra Svetlana Loboda, Azad Şabanov, Ani Lorak, Timur Rodriges, Potap və Nastya və başqaları məşhur hitlərini təqdim ediblər.

Qala-konsertə Andrey Malaxov və Yana Çurikova aparıcılıq edib.

Qeyd edək ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və məşhur rusiyalı ifaçı Sofiya Rotarunun yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunacaq. İyulun 29-da Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecəsi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR