“Mətanət A” şirkəti yeni vakansiyaları açıqlayıb

“Mətanət A” şirkəti yeni vakansiyaları açıqlayıb
# 11 avqust 2017 11:01 (UTC +04:00)

İnkişaf edərək qloballaşma yolu ilə addımlayan şirkətlərin təməlində uğurlu kadr seçimi dayanır. “Mətanət A” şirkəti kadr seçimi edən zaman “Dinamik və professional işçilər dinamik və professional müəssisədir” prinsipini əsas götürür. Peşəkar kadrların seçilməsi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək məcəlləsini və s. yerli, beynəlxalq prinsipləri əsas tutaraq işçilər üçün rahat və təhlükəsiz iş mühitinin yaradılması, onların öz potensialını realizə edə bilməsi üçün əməli addımların atılması “Mətanət A” şirkətinin İnsan Resursları siyasətinin əsas tərkib hissəsidir.

Qeyd etmək zəruridir ki, “Mətanət A” şirkəti öz çalışanlarına xüsusi diqqət və qayğı ilə yanaşaraq, onları dəyərləndirir, karyera və ixtisasartırma üçün geniş imkanlar yaradır, əməkdaşların xidmətlərini obyektiv dəyərləndirərək mükafatlandırır, peşəkar və bacarıqlı kadrları vəzifədə irəli çəkir, onların müxtəlif yerli və beynəlxalq kurs, seminar və sərgilərdə iştirakını təmin edərək bilik və təcrübələrinin artırılmasına önəm verir. Hazırda aşağıdakı vakansiyalar üzrə işə qəbul elan edilir:

-Kommersiya ofis Meneceri

-Analitik

-Satınalma Mütəxəssisi

-Maliyyə-mühasibatlıq sahəsi üzrə Müfəttiş

-Tikinti sahəsi üzrə Müfəttiş

-Ustalar klubu Meneceri

-Reklam meneceri

-Merçendayzer

-SƏTƏMM ( Qazax rayonuna)

-Maliyyə işləri üzrə Menecer

-Keyfiyyət üzrə Menecer

-Marketinq Tədqiqatları Meneceri

-Global Marketinq Meneceri

-Qrafik dizayner

-İxracat üzrə Koordinator

Dinamik və inkişaf etdirici iş mühitində perspektivli karyera qurmaq istəyən hər kəs [email protected] ünvanına CV göndərib işə qəbul müsahibəsində iştirak edə bilər. Vakansiyalarla bağlı ətraflı məlumatı http://www.matanata.com/?id=24&lang=az ünvanından əldə etmək mümkündür.

Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.

Daha ətraflı: *3030 Çağrı Mərkəzi

www.matanata.com

www.facebook.com/MatanatA.company

www.youtube.com/MatanatAcompany

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR