Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb - YENİLƏNİB-1

Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 12 avqust 2017 07:25 (UTC +04:00)

Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb.

APA-nın məlumatına görə, bu barədə “Sinhua” agentliyinin yaydığı xəbərdə deyilir.

*** 01.25

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

İsgəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultanın sözlərinə görə, qəzaya maşinistin səhvi səbəb olub. "Maşinistlərdən biri yola növbəti qatar daxil olduqda semaforun qadağan siqnalını görməyib”, deyə M.Sultan bildirib.

Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb.

*** 20:11

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR