Çində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb
# 11 avqust 2017 18:31 (UTC +04:00)

Çinin Siçuan əyalətində avqustun 8-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət nəticəsində 493 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedici əməliyyat davam edir. Fəlakət zonasına xilasedicilər, hərbçilər və yanğınsöndürənlər cəlb edilib.

Avqustun 8-də Çinin Siçuan əyalətində avqustun 8-də 7.0 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra 1700 afterşok qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR