FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib

FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib
# 11 avqust 2017 18:34 (UTC +04:00)

Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb. Əməliyyat saat 19:33-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR