Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB
# 11 avqust 2017 19:48 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.

Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadını vuran maşın hadisədən sonra digər VAZ markalı avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR